“Yuventus” türkdən razıdır – Müqaviləsi yenilənəcək
“Yuventus”un hücumçusu Kenan Yıldız klubla müqaviləsini uzadacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, turinlilər 18 yaşlı oyunçunun performansından razıdırlar. Türk forvardla 2027-ci ilin yayına qədər nəzərdə tutulan yeni sözləşmənin imzalanacağı gözlənilir.
Yıldız 2022/23 mövsümündə “Yuventus”un gənclərdən ibarət komandasında 45 oyunda 15 qol vurub, 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin