“Yuventus” onun üçün 40 milyon avro tələb edir

“Yuventus”un yarımmüdafiəçisi Ueston Makkenni karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Bornmut” amerikalı futbolçunun xidmətində maraqlıdır. Turin təmsilçisi futbolçu üçün ən az 40 milyon avro tələb edir.

Makkenni 2020-ci ildən “Yuventus”da çıxış edir. O, bu mövsüm “qoca sinyora”nın heyətində bütün turnirlər daxil olmaqla 22 matça çıxıb və 3 qol vurub. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

“Yuventus” hazırda İtaliya A Seriyasında 15 oyundan sonra 31 xalla üçüncüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button