
“Yuventus” nigeriyalı futbolçu üçün hərəkətə keçib
“Atalanta”nın hücumçusu Ademola Lukman “Yuventus”un maraq dairəsindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubunun nümayəndələri yay transfer pəncərəsində müqaviləni başa çatdırmaq ümidi ilə Lukmanla artıq əlaqə yaradıblar.
“Atalanta” nigeriyalı forvardın satışından ən azı 50 milyon avro qazanmaq niyyətindədir. Lukmanın hazırkı müqaviləsi 2026-cı ilin ortalarında başa çatacaq.
27 yaşlı futbolçu bu mövsüm “Atalanta”nın heyətində 27 matçda iştirak edib, 14 qol vurub və 7 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin