
“Yuventus” 55 milyon avroluq transferi bitirməyə yaxındır
“Yuventus” yarımmüdafiəçi Ten Kopmeynersi sıralarına qatmağa çox yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu avqustun 14-də “Real”la keçiriləcək UEFA superkuboku üçün “Atalanta”nın heyətindən kənarda qalıb.
Kopmeyners tezliklə Turin klubu ilə müqavilə imzalamağı gözləyir. “Yuventus” qarşı tərəflə 50 milyon avro+5 milyon bonusla razılaşmağa yaxındır.
26 yaşlı futbolçu ötən mövsüm A Seriyasında 12 qol vurub, 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin