“Yuventus” niderlandlı futbolçu ilə anlaşıb

“Yuventus” “Atalanta”nın yarımmüdafiəçisi Ten Kopmeynersin transferi üçün yeni təklif hazırlayır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu yaxın vaxtlarda sözləşməni yekunlaşdırmağa ümid edir.

“Yuventus” artıq Kopmeynersin özü ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Niderlandlı futbolçu transfer olunacağı təqdirdə, illik 4,5 milyon avro maaşla turinlilərlə 2029-cu ilə qədər olan müqavilə imzalayacaq.

“Atalanta” Kopmeyners üçün 60 milyon avro təzminat tələb edir.

26 yaşlı futbolçu İtaliya A Seriyasının son mövsümündə 12 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button