“Yuventus” polşalı üçün 40 milyon avro təklif edəcək
“Napoli”nin futbolçusu Arkadiuş Milik növbəti mövsümdən A Seriyasının başqa klubunda çıxış edə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Yuventus” 26 yaşlı futbolçunun xidmətində maraqlıdır. “Qoca sinyora”nın baş məşqçisi Mauritsio Sarrinin Miliki növbəti mövsümdən komandasında görmək istədiyi bildirilir.
“Yuventus”un polşalı futbolçu üçün qarşı tərəfə 40 milyon avro təklif edəcəyi deyilir. Lakin “Napoli” müqaviləsinin bitməsinə bir il qalan Milik üçün 50 milyon avro tələb edir.
Milik 2016-cı ildən “Napoli”nin şərəfini qoruyur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin