“Yuventus” MY-nin istədiyi futbolçuya qiymət qoydu
İtaliyanın “Yuventus” klubu yarımmüdafiəçisi Əmrə Canın transfer qiymətini müəyyənləşdirib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” son vaxtlar klubdakı gələcəyi müzakirə olunan futbolçunun təzminat qiymətini 35 milyon funt-sterlinq olaraq müəyyənləşdirib. 25 yaşlı futbolçunun “Mançester Yunayted”in əsas hədəfi olduğu bildirilir.
2018-ci ilin yayında “Liverpul”dan transfer olunan Canın Turin klubuyla müqaviləsi 2022-ci ilədək nəzərdə tutulub. “Yuventus” onu UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyunları üçün sifariş etməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin