Qrinvud İtaliya klubunun “radar”ındadır
“Yuventus”un idman direktoru Kristiano Gintoli “Mançester Yunayted”in hücumçusunu komandaya dəvət etmək istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət cari mövsümü icarə əsasında “Xetafe”də keçirən Meyson Qrinvuddan gedir.
“Mançester Yunayted” futbolçunun mənfi reputasiyasına görə gələcəkdə Qrinvuda ümid etmir. 22 yaşlı ingiltərəli futbolçu “qırmızı şeytanlar”ın qapılarının artıq onun üzünə bağlı olması ilə barışıb.
Qrinvud cari mövsümdə İspaniya çempionatında 28 matçda 8 qol vurub, 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin