“Yuventus” müdafiəçisi üçün tələblərini açıqlayıb

“Yuventus” müdafiəçisi Qleyson Bremeri “Liverpul”a satmağa hazırdır.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, Turin klubu 27 yaşlı futbolçu üçün 60 milyon avro tələb edir.

Joel Matip azad agent kimi komandadan ayrıldıqdan sonra “Liverpul” hələ də yeni mərkəz müdafiəçisi axtarışındadır. Mersisaydlıların Bremer üçün tələb olunan məbləği ödəməyə hazır olub-olmadığı hələlik məlum deyil.

Bremerlə İngiltərənin digər klubu “Mançester Yunayted” də maraqlanırdı. Lakin “qırmızı şeytanlar” hazırda “Bayern”dən Matteys de Liqtin transferi üzərində çalışırlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button