“Yuventus” Mottanın bəyənmədiyi futbolçunu satmaq istəyir
İtaliyalı yarımmüdafiəçi Federiko Kyeza “Yuventus”dan ayrılmağa yaxındır.
Komanda xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu cinah oyunçusunun satışından 30 milyon avro qazanmaq istəyir.
Kyezanın satışı komandanın yeni baş məşqçisi Tiaqo Mottanın onunla işləməkdə maraqlı olmaması ilə bağlıdır.
26 yaşlı vinger ötən mövsüm İtaliya çempionatında 33 oyun keçirib, 9 qol vurub, 2 məhsuldar ötürmə edib. Onun “Yuventus”la müqaviləsi gələn ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin