“Yuventus”da Miliklə bağlı qərar verilib

“Yuventus”un hücumçusu Arkadiuş Milik klubu ilə yeni müqavilə imzalamağa yaxındır.

Polşalı futbolçu ötən ilin mayında aldığı zədə səbəbindən bu mövsüm oyun keçirməyib və bu, təkrar fəsadlarla müşayiət olunub.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, bütün problemlərə baxmayaraq, “Yuventus” 31 yaşlı forvardla müqavilənin müddətini uzatmaq qərarına gəlib.

Bu, maaş xərclərini azaltmaq üçün edilir. Turin klubu 2026-cı ilin yayında başa çatacaq hazırkı müqaviləyə əsasən Milikə daha 3,5 milyon avro ödəməlidir. Ancaq anlaşmanın müddətinin bir illik uzadılması halında, bu məbləğ müvafiq olaraq 2027-ci ilə qədər bölüşdürüləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button