Donnarummaya 5 illik müqavilə təklifi
“Milan”ın qapıçısı Canluici Donnarumma klubu tərk edə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Yuventus” 20 yaşlı futbolçunun xidmətində maraqlıdır. Donnarummanı yayda heyətinə qatmaq istəyən Turin klubu, ona illik 9 milyon avro olmaqla, 5 illik müqavilə təklif edib. “Qoca sinyora”nın qolkiperin meneceri Mino Rayola ilə danışıqlara başladığı bildirilir.
2015-ci ildən “Milan”ın şərəfini qoruyan italiyalı qapıçının “qırmızı-qaralar”la müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin