İtaliya klubu Sançonu 17,3 milyon avroya transfer etməyə hazırdır

“Mançester Yunayted”in hücumameyilli yarımmüdafiəçi Ceydon Sanço “Yuventus”un maraq dairəsindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qoca sinyora” danışıqlar zamanı ingilis futbolçu üçün təkliflərini yaxşılaşdırıb. İtaliya klubu “Mançester Yunayted”ə 17,3 milyon avro ödəməyə hazırdır. “Qırmızı şeytanlar” isə vingerin satışından ən azı 25 milyon gəlir əldə etməyi gözləyir. “Yuventus”un artıq Sançonun özü ilə transfer məsələsini razılaşdırdığı bildirilir.

25 yaşlı yarımmüdafiəçi son mövsümü “Çelsi”də icarə əsasında keçirib. O, Premyer Liqada 31 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button