Maaşının azaldılmasına razı olmalıdır – Yoxsa, satılacaq

“Yuventus” hücumçusu Duşan Vlahoviçin maaşını azaltmaq istəyir.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi illik məvacibi böyük olduğuna görə serbiyalı futbolçunun komandada gələcəyinə şübhə ilə yanaşır. Vlahoviç ildə 12 milyon avro qazanır.

Hazırda “Yuventus” iki variantı nəzərdən keçirir: Vlahoviçlə müqaviləni yeni şərtlərlə uzadacaqlar, ya da bu transfer pəncərəsində onu satacaqlar. Onun illik maaşının azaldılmasına razı olub-olmayacağı hələlik məlum deyil.

24 yaşlı forvard İtaliya çempionatının son mövsümündə 16 qol vurub, 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button