“Yuventus” məşqləri bərpa etdi, Matuidi və Ruqani sağaldı
İtaliya çempionu “Yuventus” koronavirusa yoluxan futbolçuları Daniele Ruqani və Blez Matuidi barədə rəsmi açıqlama yayıb.
Komanda.az xəbər verir ki, Turin təmsilçisinin rəsmi saytının yaydığı açıqlamaya görə, artıq hər iki futbolçu tamamilə sağalıb.
Onlardan götürülən sonuncu analizlərin cavabı mənfi çıxıb. Artıq sözügedən futbolçular təcrid şəraitində qalmayacaq və komanda ilə məşqlərə başlayacaqlar.
Komandanın pandemiyaya yoluxan digər üzvü Paulo Dibala isə hələlik müalicə olunur.
Yeri gəlmişkən, artıq “Yuventus”un bəzi futbolçuları klubun bazasında fərdi qaydada məşqləri bərpa ediblər. Koronavirus testindən uğurla keçən, problemi olmayan futbolçular da karantin dövrünü geridə qoyduqdan sonra klub bazasında məşq etməyə başlaya biləcəklər.
Bizi Facebook-da izləyin