
“Yuventus” mənim ikinci vətənimdir”
“Yuventus”un sabiq müdafiəçisi Corco Kyellini karyerasının böyük hissəsini keçirdiyi İtaliya klubu haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Turin klubunu ikinci vətəni adlandırıb:
“Yuventus”u və Turini ikinci vətənim, şəhərim hesab edirəm. Bu kluba çox şey verdim və onlar inanılmaz idman nəticələri, milyonlarla azarkeşin sevgisi ilə mənə əvəzini verdilər”.
Sabiq futbolçu bu yaxınlarda “Yuventus”da yeni vəzifədə işə başlayıb. O, klubun futbol strategiyasına cavabdeh olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



