Pikedən etiraf: “Yuventus”a keçə bilərmiş
“Mançester Yunayted”in və “Barselona”nın keçmiş futbolçusu Jerar Pike 21 yaşında “Yuventus”a keçə bilərmiş.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq futbolçu “Yuventus”dan ona təklif gəldiyini, lakin rədd etdiyini bildirib:
“21 yaşım var idi, hələ də “Mançester Yunayted”də idim və “Yuventus”dan məndən fikrimi soruşdular. Amma mən “Barselona”nı seçdim, bu, ürəyimin səsi idi.
Təəssüf ki, mən heç vaxt A Seriyasında oynamamışam. İtalyanlar ispanlara bənzəyir, xüsusən də, futbola olan həvəsləri”.
36 yaşlı Pike karyerasını 2023-cü il yanvarın 1-də, “Barselona”da başa vurub. O, 616 oyun keçirib və bu matçlarda 53 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin