“Yuventus” Almaniya klubu ilə danışıqlara başlayıb

“Yuventus” Bundesliqada çıxış edən hücumçu Luis Openda ilə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu “Leyptsiq” rəhbərliyi ilə danışıqlara başlayıb.

Almaniya təmsilçisi belçikalı futbolçunu ən azı 40 milyon avro qarşılığında buraxmağa hazırdır. Opendaya həmçinin, İngiltərə Premyer Liqasından “Sanderlend” və “Aston Villa” da maraq göstərir.

25 yaşlı forvard ötən mövsümdə 45 oyunda meydana çıxaraq, 13 qol vurub və 11 məhsuldar ötürmə verib. Onun “Leyptsiq”lə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button