“Yuventus” AÇ-2024-ün başa çatmasını gözləyir

“Yuventus”un rəhbərliyi vinger Federiko Kyezanın nümayəndələri ilə danışıqlar aparmağa hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər əməkdaşlığın mümkün uzadılmasını müzakirə edəcəklər.

Danışıqların 2024-cü il Avropa çempionatı başa çatdıqdan sonra baş tutacağı gözlənilir. AÇ-2024-ə iyulun 14-də yekun vurulacaq.

Kyeza İtaliya çempionatının ötən mövsümündə 33 oyun keçirib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun transfer dəyəri 35 milyon avrodur və klubla hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button