“Yuventus” Konte üçün danışıqlara başlayıb

Antonio Kontenin “Napoli”dən ayrılmağa yaxın olduğu bildirilir. 2024/2025 mövsümündə komandanı A Seriyası çempionluğuna daşıyan italiyalı mütəxəssislə “Yuventus” maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, turinlilər 55 yaşlı çalışdırıcının geri qaytarılması üçün danışıqlara başlayıb.

“Yuventus” Konte ilə üç illik müqavilə bağlamağa və ona illik 8 milyon avro maaş verməyə hazırdır.

Antonio Konte 2011–2014-cü illər arasında “Yuventus”un baş məşqçisi olub. Hazırda isə komandanı İqor Tudor çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button