“Yuventus” 2 hücumçu arasında seçim edəcək

“Yuventus” yayda yeni hücumçu transfer etmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, rəhbərlik hazırda “Bolonya”nın hücumçusu Coşua Zirkze və “Bayer”in vingeri Viktor Bonifase arasında seçim edir. Hər iki oyunçu İtaliya klubunun idman direktoru Kristiano Gintoli tərəfindən tərtib edilən qısa siyahının başındadır.

Bonifase bu mövsüm Almaniya çempionatında 17 matçda 10 qol vurub, 7 məhsuldar ötürmə edib.

Zirkze bu mövsüm İtaliya A Seriyasında 29 matçda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button