
“Yuventus” Muani ilə bağlı qərar verib
“Yuventus” PSJ-yə məxsus hücumçu Randal Kolo-Muanini öz sıralarında saxlamaq niyyətindədir.
Fransalı futbolçu cari mövsümün sonuna qədər icarəyə götürülüb.
Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi nəhayət ki, fransalı forvardı növbəti mövsüm saxlamaq qərarına gəlib.
Çox güman ki, klublar 2026-cı ilin yayında aktivləşdiriləcək müqaviləyə daxil edilmiş 40 milyon avroluq gələcək transfer öhdəliyi ilə icarə müddətini uzatmağa razı olacaqlar. “Yuventus”un texniki direktoru Kristiano Gintoli PSJ-nin müşaviri Luis Kamposla yaxşı münasibətdədir və bu, danışıqları asanlaşdırmalıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin