Pirlo klub prezidentinin Alleqri ilə görüşməsinə münasibət bildirdi
“Yuventus” klubunun prezidenti Andrea Anyellinin komandanın keçmiş çalışdırıcısı Massimiliano Alleqri ilə görüşdüyünü xəbər vermişdik.
Komanda.az xəbər verir ki, “qoca sinyora”nın baş məşqçisi Andrea Pirlo, Anyelli ilə Alleqri arasında baş tutan görüşə münasibət bildirib:
“Futbolla yanaşı, dostluqlar da davam edir. Mən yolda Paolo Maldini ilə rastlaşsam və onunla bir yemək yesəm, mənim “Milan”la razılaşdığımı deyəcəklər. Futboldan kənarda dostluqlar var. Anyelli ilə Alleqrinin görüşməsi çox normaldır”.
“Yuventus” A Seriyasında 4-cü sıradadır. İtaliya mətbuatı mövsümün sonunda Pirlo ilə yolların ayrılacağını iddia edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin