“Yuventus”un prezidenti Alleqri ilə görüşdü
“Yuventus” klubunun prezidenti Andrea Anyelli komandanın keçmiş baş məşqçisi Massimiliano Alleqri ilə görüşüb.
Komanda.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb. Xəbərdə, Anyellinin Alleqri ilə görüşdüyü bildirilib. Tərəflər arasındakı görüşün detalları barədə məlumat yoxdur.
“Yuventus”u hazırda Andrea Pirlo çalışdırır. Onun rəhbərlik etdiyi kollektiv A Seriyasında 4-cü sıradadır. İtaliya mətbuatı mövsümün sonunda Pirlo ilə yolların ayrılacağını iddia edir.
Alleqri 2014-2019-cu illər aralığında “Yuventus”u çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin