“Mövsümün sonunda Ronaldo ilə müqavilə ləğv olunmalıdır”
“Yuventus” klubunun keçmiş prezidenti Covanni Kobolli Ciqli açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Covanni, “Yuventus” rəhbərliyinə mövsümün sonunda Kriştiano Ronaldo ilə yolları ayırmağı məsləhət görüb:
“Yuventus”da ilk gündə dedim ki, Ronaldonun transferi səhv idi. O, möhtəşəm bir çempiondur, lakin çox bahalıdır. Tək bir qolu, bir milyon avroya başa gəlir. Mövsümün sonunda Ronaldo ilə müqavilə ləğv olunmalıdır”.
Ronaldonun “Yuventus”la müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin