“Dibala ona verdiyimiz pula layiq olduğunu göstərməlidir”

“Yuventus” klubunun direktoru Mauritsio Arrivabene komandanın hücumçusu Paulo Dibala haqda açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, argentinalı oyunçu ilə yeni müqavilə üçün görüşəcəklərini deyib:

“Dibalanın meneceri ilə görüş planlaşdırmışıq. Onun vəziyyətini qiymətləndirəcəyik. Dibala ona verdiyimiz pula layiq olduğunu göstərməlidir”.

Dibala 2015-ci ildən “Yuventus”da çıxış edir. Argentinalı futbolçu bu mövsüm İtaliya A Seriyasında 14 oyunda 5 qol vurub, 3 məhsuldar ötürmə edib.

Dibalanın “Yuventus”la müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button