“Yuventus” “Fiorentina”nın futbolçusu ilə güclənir

“Yuventus” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi “Fiorentina”dan Federiko Kyezanın keçidini həll etmək üzrədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Yuventus” 22 yaşlı yarımmüdafiəçini icarə əsasında heyətinə qatacaq. İtalyan futbolçunun bu gün Turində tibbi müayinədən keçəcəyi bildirilir.

“Fiorentina”nın yetirməsi olan Kyeza, bu mövsüm A Seriyasında 3 oyunda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button