“Yuventus” keçmiş futbolçusunu qaytardı – rəsmi
İtaliyanın “Yuventus” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, “qoca sinyora” “Atletiko”dan Alvaro Moratanı icarə əsasında heyətinə qatıb. Bu barədə “Yuventus”un rəsmi saytı məlumat yayıb.
Məlumata görə, 27 yaşlı hücumçu mövsümün sonunadək icarə əsasında Turin klubunun uğurları üçün çalışacaq. Onun müqaviləsində icarə müddətini daha bir illik uzatmaq və futbolçunun birdəfəlik transfer edilməsi bəndi də var.
“Yuventus” bu icarə üçün “Atletiko”ya 10 milyon avro ödəyəcək.
Morata 2014-2106-cı illərdə də “Yuventus”un şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin