“Yuventus” kanadalı hücumçu ilə danışıq aparır

“Lill”in sabiq hücumçusu Conatan Davidin “Yuventus”a keçidi artıq reallaşmaq üzrədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər danışıqları davam etdirir.

Bu müzakirələr İtaliya klubunun Klublararası dünya çempionatının 1/8 final mərhələsində “Real”a 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırmasından sonra da davam edib.

25 yaşlı futbolçu 1 iyul tarixindən etibarən rəsmi olaraq azad agent statusundadır. Onun “Lill”lə müqaviləsinin müddəti başa çatıb və artıq yeni klub seçməkdə sərbəstdir. O, son beş ili Fransa klubunda keçirib.

“Yuventus”un kanadalı forvardla maraqlanan yeganə klub olmadığı bildirilir. Daha əvvəl “İnter”, “Napoli” və İngiltərə Premyer Liqasından da ona maraq göstərildiyi qeyd olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button