“Yuventus”la “İnter”dən növbəti qələbə
İtaliya A Seriyasında 18-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. Turun açılış matçında “Latsio” səfərdə “Breşiya”nın qonağı olub və növbəti 3 xalı hesabına yazdırıb. Paytaxtın digər təmsilçisi “Roma” isə doğma azarkeşləri qarşısında “Torino” ilə üz-üzə gəlib və 2 cavabsız qolla uduzub. SPAL-ın evdə “Verona”ya uduzduğu gündə “Cenoa” da “Sassuolo” üzərində qələbəyə sevinib.
“Yuventus” bu turda “Kalyari”ni qəbul edib. Ronaldonun het-trikə imza atdığı qarşılaşmada Turin təmsilçisi darmadağına sevinib. Heyətini Zlatan İbrahimoviçlə gücləndirən “Milan” isə onun debüt etdiyi matçda “Sampdoriya”nı sınağa çəkib və qolsuz heç-heçə ilə kifayətlənib.
Turun mərkəzi görüşündə Neapol təmsilçisi “Napoli” lider “İnter”lə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı matç Milan təmsilçisinin qələbəsiylə yekunlaşıb.
İtaliya A Seriyası, 18-ci tur
5 yanvar
Breşiya – Latsio 1:2
Qol: Balotelli, 18 – İmmobile, 42-pen; 90+1.
SPAL – Verona 0:2
Qol: Patsini, 14. Stepinski, 86.
Cenoa – Sassuolo 2:1
Qol: Krişito, 29-pen. Pandev, 86 – Obianq, 33.
Roma – Torino 0:2
Qol: Belotti, 45+2; 86-pen.
6 yanvar
Bolonya – Fiorentina 1:1
Qol: Orsolini, 90+4 – Benassi, 27.
Milan – Sampdoriya 0:0
Atalanta – Parma 5:0
Qol: A.Qomes, 1. Freuler, 34. Qosens, 43. İliçiç, 60; 71.
Yuventus – Kalyari 4:0
Qol: Ronaldo, 49; 67-pen; 82. İquayn, 81.
Leççe – Udineze 0:1
Qol: De Paul, 88.
Napoli – İnter 1:3
Qol: Milik, 39 – Lukaku, 14; 33. Martines, 62.
Bombardir: Çiro İmmobile (Latsio) – 19 qol.
Bizi Facebook-da izləyin