“Yuventus” tanınmış geyim brendi ilə əməkdaşlığa başlayıb

“Yuventus” geyim və müxtəlif aksesuarların istehsalı və ticarəti üzrə ixtisaslaşan yerli “Giorgio Armani” şirkəti ilə əməkdaşlığa razılaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu rəsmi saytında bu haqda açıqlama edib:

“Futbol dünyası ilə əlaqələrini inkişaf etdirən “Giorgio Armani” ilk dəfə olaraq “Yuventus”un rəsmi qarderobunu dizayn edib. Əməkdaşlığa 2025/2026 və 2026/2027 mövsümlərində meydandan kənar bütün rəsmi tədbirlər üçün əsas kişi komandanın oyunçuları üçün yaradılmış “Giorgio Armani” kostyumlarının kolleksiyası daxildir. Bütün milli və Avropa yarışları üçün nəzərdə tutulmuş qarderob hamar xətlər, incə detallar, yüksək keyfiyyətli materiallar, “Giorgi Armani” stilini müəyyən edən ikonik sürməyi rəngə əsaslanan rəng palitrası sayəsində incəlik və müasir rahatlığı özündə birləşdirir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button