Ronaldo istədi, Alleqri ehtiyatda saxladı
“Yuventus” İtaliya A Seriyasının ilk turunda “Udineze” ilə qarşılaşıb.
Komanda.az xəbər verir ki, Turin təmsilçisinin hücumçusu Kriştiano Ronaldo bu oyuna əsas heyətdə başlamaq istəməyib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Ronaldonu əsas heyətdə oynatmaq istəsə də, portuqaliyalı futbolçu ehtiyatda oturmağı seçib və Alleqri onun bu tələbini qəbul edib.
Ronaldonun “Yuventus”da oynamaq istəmədiyi və özünə yeni klub axtardığı iddia olunur.
“Yuventus” – “Udineze” matçı 2:2 hesablı heç-heçə ilə bitib. Oyuna sonradan daxil olan Ronaldo 90+4-də qol vursa da, VAR (video köməkçi hakim) sisteminə baxıldıqdan sonra qol ləğv olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin