“Yuventus” – “İnter” matçı koronavirusa görə təxirə salındı
Futbol üzrə İtaliya A Seriyasının 26-cı turunun bu həftəsonu keçirilməli olan 5 oyunu ləğv olunub.
Komanda.az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, “Yuventus” – “İnter”, “Udineze” – “Fiorentina”, “Milan” – “Cenoa”, “Parma” – SPAL və “Sassuolo” – “Breşiya” matçları koronavirus epidemiyasına görə təxirə salınıb. Bu oyunların əvvəlcə azarkeşsiz keçiriləcəyi açıqlanmışdı. Lakin sonradan A Seriyasının rəhbərliyi qərarını dəyişib. Yeni qərara əsasən, qeyd olunan qarşılaşmalar mayın 13-də baş tutacaq.
Mayın 13-də keçirilməsi nəzərdə tutulan İtaliya kubokunun final qarşılaşması isə həmin ayın 20-nə keçirilib.
Qeyd edək ki, A Seriyasında 25-ci turun “Verona” – “Kalyari”, “Atalanta” – “Sassuolo” və “İnter” – “Sampdoriya” görüşləri də eyni səbəbdən təxirə salınmışdı.
Bizi Facebook-da izləyin