Abraham “Roma”nı İtaliyanın başqa klubuna dəyişə bilər

“Roma”nın hücumçusu Temmi Abraham karyerasını İtaliya A Seriyasının digər klubunda davam etdirə bilər.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu ilə “Yuventus” maraqlanır.

Turin klubu Abrahamı Duşan Vlahoviçin yerinə dəvət etmək istəyir. Forvardın bu kluba keçməyə razı olub-olmayacağı hələlik məlum deyil. İngiltərə Premyer Liqasının bəzi klublarının 26 yaşlı hücumçuya sabit oyun təcrübəsini təmin etməyə hazır olduğu bildirilir.

Abraham zədə səbəbindən A Seriyasının son mövsümündə cəmi 8 oyun keçirib. O, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button