“Yuventus” Premyer Liqadan 2 futbolçu ilə maraqlanır

“Yuventus” yarımmüdafiə xəttini gücləndirmək üçün İngiltərə Premyer Liqasından iki futbolçu ilə maraqlanır.

Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Turin təmsilçisi “Nyukasl”ın oyunçusu Sandro Tonalinin transferini reallaşdıra bilməyib. Bundan sonra isə diqqətini “Brayton”un 24 yaşlı danimarkalı yarımmüdafiəçisi Mett Orayli və “Tottenhem”in 28 yaşlı malili futbolçusu İv Bissumaya yönəldib.

Keçən həftə yayılan xəbərlərə görə, Orayli Turin klubuna keçidə açıqdır. Bissuma da tez-tez “Tottenhem”dən ayrılacağı barədə şayiələrlə gündəmə gəlir.

“Transfermarkt” onların dəyərini müvafiq olaraq 22 və 25 milyon avro olaraq qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button