“Yuventus”a keçməkdə israrlıdır – İngilis futbolçu
“Bornmut”un müdafiəçisi Loyd Kelli böyük klubların maraq dairəsindədir.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, ingilis futbolçu “Borussiya” (Dortmund), “Yuventus”, “Fulhem” və “Vest Hem”in transfer siyahısındadır.
Futbolçu özü isə adıçəkilən klublar arasında “Yuventus”a keçməkdə israrlıdır.
Onun klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.
25 yaşlı müdafiəçi “Bristol Siti”də oynadıqdan sonra 2019-cu ildə “Bornmut”a keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin