“Yuventus” icarəyə götürdüyü oyunçunu transfer edib

“Fiorentina”dan icarəyə götürülən cinah müdafiəçisi Nikolas Qonzales “Yuventus”un tam futbolçusu olacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu 26 yaşlı futbolçunu müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə almaq öhdəliyi ilə cari mövsümün sonuna qədər icarəyə götürüb. Bu şərtlər artıq yerinə yetirilib.

Argentinalı müdafiəçi “Fiorentina”ya qayıtmayacaq. “Yuventus” onun transferi üçün 30 milyon avro ödəyəcək ki, bunun da 5 milyonu bonus olacaq. “Bənövşəyilər” avqustda icarə üçün daha 8 milyon avro alıblar.

Qonzalesin “Yuventus”la müqaviləsi 2028-ci ilin ortalarına qədərdir və onun maaşı ildə təxminən 3,3 milyon avro olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button