
“Yuventus” hücumçusunu satmağa hazırdır
Serbiyalı hücumçu Duşan Vlahoviç hələ də “Yuventus”la müqaviləsini yeniləməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu qış transfer pəncərəsində Vlahoviçi satmağa açıqdır. Lakin forvardın illik 12 milyon avro maaş alması buna maneə ola bilər.
25 yaşlı hücumçu ilə “Barselona”, “Bayern”, “Mançester Yunayted”, “Tottenhem”, “Atletiko”, “Milan” və “Fənərbaxça”nın maraqlandığı bildirilir.
Vlahoviç bu mövsüm bütün turnirlərdə 15 matçda meydana çıxıb, 6 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



