
“Yuventus” hücumçusunu icarəyə göndərdi
“Yuventus”un hücumçusu Kayo Jorje icarə əsasında “Frozinone”yə keçib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, danışıqlar müsbət nəticələnib.
“Qoca sinyora” 21 yaşlı forvardı “sarı-göylər”ə bir mövsümlük icarəyə verib.
O, “Yuventus”da 11 oyuna çıxıb. Braziliyalı 2021-ci ildə “Santos”dan Turin klubuna keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin