“Yuventus” Veanı satıb, onu ala bilər

“Yuventus”un yarımmüdafiəçisi Timoti Vea İtaliya klubundan ayrılmağa yaxındır və onun yerinə yeni oyunçunun alınacağı görünür.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, gözlənilməz bir şey baş verməsə, amerikalı futbolçu “Marsel”ə keçəcək. “Qoca sinyora” əvəzlənməyə prioritet namizəd kimi “Atletiko”nun futbolçusu Nahuel Molinanı görür. İtaliya klubunun vingerə marağı bir neçə gün əvvəl məlum olub.

27 yaşlı futbolçunun Madrid klubu ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir. O, son mövsümdə 46 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button