Zidan: “Yuventus” bir daha böyük olacaq!”

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan keçmiş klubu “Yuventus” haqqında fikirlərini bölüşüb.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Zidan “Yuventus”un onun karyerasında və həyatında xüsusi yer tutduğunu bildirib:

“Bu klub həmişə qəlbimdə qalacaq. “Yuventus” bir daha böyük olacaq! Orada səni hər vəchlə qalib gəlməyə öyrədirlər. Fransada qalib gəlmirdinsə, bu, o qədər də ciddi məsələ sayılmırdı. Amma A Seriyasında tam əksinə idi. Orada yalnız qələbə önəmlidir”.

Fransalı sabiq futbolçu 1996-2001-ci illərdə “Yuventus”un formasını geyinib.

Bir müddət öncə “Yuventus”da baş məşqçi postuna Luçano Spaletti təyin olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button