“Yuventus”un hədəfindəki argentinalı müdafiəçi
“Yuventus” klubu müdafiəçi axtarışındadır.
Baş məşqçi Tiaqo Mottanın komandasının əsas hədəfi olan Yan-Kler Todibonu bir müddət əvvəl “Vest Hem” 40 milyon avroya almaq öhdəliyi ilə icarəyə götürüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubunun qısa siyahısında “Bornmut”dan olan Markos Senesi var. Argentinalı futbolçunun bu transfer pəncərəsində İngiltərə klubundan ayrılacağı gözlənilir.
Senesinin bazar dəyəri 22 milyon avro qiymətləndirilir. Onun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin