“Yuventus” braziliyalı futbolçu ilə anlaşıb

“Palmeyras”ın gənclər komandasının müdafiəçisi Pedro Felipe tezliklə “Yuventus”un futbolçusu olacaq. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu 6 aylıq icarə əsasında Turin klubuna keçəcək. “Yuventus” Felipeni 2 milyon avroya almaq hüququna malik olacaq.

Braziliyalı müdafiəçi tibbi müayinədən keçmək üçün Turinə gedəcək və yanvarın 30-da müqavilə imzalayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button