“Yuventus” futbolçusunu satdı

“Kalyari” ötən yay “Yuventus”dan icarəyə götürdüyü müdafiəçi Alessandro Di Pardonun transfer hüquqlarını alıb.

Komanda.az xəbər verir ki, 23 yaşlı futbolçunun transferi üçün Turin klubuna 1,1 milyon avro ödənilib.

Gənc futbolçu ilə 3 illik müqavilə imzalanıb.

“Yuventus”un yetirməsi olan Di Pardo Turin klubunun əsas komandasında 5, “Kalyari”də isə 23 oyun keçirib.

“Kalyari” həm də “Empoli”yə icarəyə verdiyi Sebastyan Valukeviçi satmalı olub. Belə ki, “Empoli” ötən yay satınalma şərti ilə icarəyə götürdüyü 23 yaşlı mərkəz müdafiəçisi üçün “Kalyari”yə 1 milyon avro ödəyib və onun transfer hüquqlarına sahiblənib. Polşalı futbolçu 2019-cu ilin yanvarında müqavilə bağladığı “Kalyari”də 45 matça çıxıb, 1 assistlə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button