“Yuventus” futbolçusunu icarəyə göndərdi

“Yuventus” yarımmüdafiəçi Fabio Mirettinin başqa kluba keçidi barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.

Komanda.az xəbər verir ki, 21 yaşlı mərkəz yarımmüdafiəçisi bu mövsümün sonuna kimi icarə əsasında “Cenoa”ya keçib. Tərəflər arasında icarə müqaviləsində satınalma variantı nəzərdə tutulmur.

Fabio “qoca sinyora”nın futbol akademiyasının məzunudur. Miretti “Yuventus”un əsas heyətində 75 oyun keçirib, 2 qol vurub, 5 məhsuldar ötürmə edib. Onun Turin nəhəngi ilə müqaviləsi 2025-ci ilin ortalarına qədərdir və bazar dəyəri 15 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button