
“Yuventus” futbolçusunu icarəyə göndərdi
“Yuventus” klubu futbolçusu Daniele Ruqanini icarəyə verib.
Komanda.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı müdafiəçi bir mövsüm Niderlandda – “Ayaks”ın formasını geyinəcək.
2013-cü ildən “Yuventus”un əsas komandasında çıxış edən oyunçu müxtəlif klublara icarəyə verilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin