“Yuventus” fransalı futbolçuya yeni müqavilə təklif edəcək 

“Yuventus” yarımmüdafiəçisi Adrien Rabionun klubla müqaviləsini uzadacağına ümid edir. 

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “qoca sinyora”da futbolçunun yeni müqavilənin şərtləri ilə razılaşacağı və klubla müqaviləsini uzadacağına inanırlar. 

Rabionun klubla hazırkı müqaviləsi iyulda başa çatır. Yeni baş məşqçi Tiaqo Motta fransalı yarımmüdafiəçinin Turində qalmasına qarşı deyil. 

29 yaşlı Rabio 2019-cu ilin yayında azad agent kimi Fransa PSJ-sindən “Yuventus”a keçib. O, İtaliya A Seriyasının son mövsümündə 5 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button