“Yuventus” müdafiəçisi ilə razılığa gəlib – Yeni müqavilə olacaq
“Yuventus” müdafiəçisi Federiko Qatti ilə müqaviləni uzatmağa hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisi 25 yaşlı futbolçu ilə 2028-ci ilə qədər nəzərdə tutulan yeni sözləşmə imzalayacaq. Tərəflər artır razılıq əldə ediblər.
Qatti 2022-ci ilin yayından “Yuventus”da oynayır. Bu müddət ərzində o, bütün turnirlərdə 33 qarşılaşmada iştirak edib və 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin