“Yuventus” futbolçusu ilə yeni müqavilə imzalamağa yaxındır
“Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatelli klubla müqaviləsini uzatmağa yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə yeni sözləşmə ilə bağlı danışıqlar yaxın həftələrdə aparılacaq.
İtaliyalı oyunçunun hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Lokatelli bu mövsüm Turin təmsilçisinin heyətində 10 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin