“Yuventus” futbolçusuna yeni müqavilə təklif edib
“Yuventus” yarımmüdafiəçisi Adrien Rabyo ilə müqaviləni uzatmağa hazırdır.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisi futbolçuya 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə təklif edib. Bildirilib ki, o, həm də komandanın kapitanı ola bilər.
Ancaq Rabyonun meneceri və anası Veronik fransalı futbolçuya yeni müqavilə imzalamağı məsləhət görmür.
Rabyo 2019-cu ildən “Yuventus”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin